“Zəkaların Mübarizəsi” bilik yarışı -zəkaların irəliləyən yolu !

Bu bilik yarışında Zəkalar liseyinin komandası Xətai rayonu üzrə birinci yeri tutaraq, Bakı şəhərinin rayonlarının qalibləri ilə görüşdü. Bu mərhələdə iştirak edən 12 rayonun qalib komandalarından yalnız 5-i Respublika mərhələsində qalib olmaq üçün mübarizəyə davam edəcəkdi. Zəkalar liseyinin komandası qalib 5 komandanın tərkibinə daxil olaraq ölkə miqyasında ozünü sınamaq və bu prestijli yarışda qalib olaraq, daha böyük nailiyyətlərə imza atmaq üçün hazırdır.