İngilis dili fənni üzrə açıq dərs

21 aprel tarixində Zəkalar liseyində ingilis dili müəllimi Ceyhunə Nəsiblinin 6b sinfində açıq dərsi keçirildi. Mövzu "qayıdış əvəzlikləri", məqsəd isə bu əvəzliklərdən istifadə etməklə ətraf mühit problemləri barədə fikir bildirmək idi. Müəllim dərsi məqsəd və mövzunun təqdimatı ilə başladı, qrammatikanın mətn kontekstində tətbiqinə diqqət çəkdi. Qaydanın izahından sonra tapşırıqlar yerinə yetirildi, cütlərlə iş və yoldaş qiymətləndirilməsi aparıldı. Mövzu yarışma və problem situasiyalar vasitəsilə möhkəmləndirildi. Sonda çıxış biletləri paylanaraq refleksiya keçirildi. Dərsdə fərdi, cütlər və qrup işi, İKT və differensiallaşdırılmış öyrənmə mühiti təmin olundu. Dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən izlənildi və müsbət qiymətləndirildi.