Böyük nailiyyətlər kiçik addımlarla başlayır!

Bu gün liseyimizin 2014-cü il məzunu, 700 balla ADA Universitetinə qəbul olunmuş Qoşqar Qədimbəyli doğma təhsil ocağını ziyarət etdi. Biznesin idarə edilməsi ixtisası üzrə ali təhsil alan və hazırda özəl təhsil sektorunda uğurla fəaliyyət göstərən məzunumuzla görüş həm müəllimlərimiz, həm də şagirdlərimiz üçün motivasiya dolu və ilhamverici anlarla yadda qaldı.

Qoşqar bəyin nailiyyətləri liseyimizin keyfiyyətli təhsil ənənəsinin bariz nümunəsidir. Onun təcrübəsi gənc nəslə yüksək hədəflərlə irəliləməyin mümkün olduğunu bir daha göstərdi.

Uğurların başlanğıc nöqtəsi – bizim lisey!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi