Məişət zorakılığı ilə bağlı maarifləndirici seminar

Həyat nə qədər gözəl və dəyərlərlə dolu olsa da, bəzən insan neqativ hallarla da qarşılaşa bilir. Bu neqativ hallardan biri də məişət zorakılığıdır ki, bu da cəmiyyətin sağlam inkişafına mane olan ciddi sosial problemdir.

Fəaliyyət planına uyğun olaraq liseyimizin psixoloqları tərəfindən yuxarı sinif şagirdlərinin iştirakı ilə “Məişət zorakılığı” mövzusunda maarifləndirici seminar təşkil olundu. Tədbirdə şagirdlərə ailədaxili ünsiyyətin əhəmiyyəti, zorakılığın müxtəlif növləri, səbəbləri və ondan qorunma yolları barədə ətraflı məlumat verildi. Seminarın əsas məqsədi şagirdlərdə bu mövzuya dair düzgün düşüncə tərzi formalaşdırmaq, onların hüquqlarını tanımasına və müdafiə etməsinə şərait yaratmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi