Zəka, zəhmət və zəfər – Zəkalar Liseyinin imzasıdır!
“Zəkaların Mübarizəsi” olimpiadasında Zəkalar Liseyinin komandası uğurla çıxış edərək Xətai rayonu üzrə bilik yarışının qalibi olmuş və növbəti – regional mərhələyə vəsiqə qazanmışdır. Bu nailiyyət liseyimizin yüksək intellektual və bilik potensialının, eyni zamanda şagirdlərimizin əzmkarlığının bariz nümunəsidir.
Bununla yanaşı, şahmat istiqaməti üzrə keçirilən seçimlərdə də uğurlarımız davam etmişdir. IX sinif şagirdi Mahmudzadə Yunis yüksək strateji bacarığı ilə Xətai rayonu üzrə qalib olmuş və regional mərhələyə yüksəlmişdir.
Liseyimizə və şagirdlərimizə növbəti mərhələdə uğurlar arzu edirik!