Psixoloqun fəaliyyəti

Məlum olduğu kimi, aprel ayında IX siniflərin buraxılış imtahanları baş tutacaq. Bu səbəbdən liseyin psixoloqu H.Xatirə mart ayında IX sinif şagirdlərinin imtahan həyəcanını yoxlamaq məqsədilə anket sorğusu keçirmişdir. Nəticələr hesablanmış və həyəcan səviyyəsi yüksək olan şagirdlərlə konsultativ görüşlər kecirmişdir. Aprel ayı fəalliyyət planına əsasən IX sinif şagirdlərinin imtahan həyəcanının korreksiyası aparılmışdır. Bu məqsədlə şagirdlərə imtahan öncəsi məsləhət və tövsiyələr verilmiş, bu mövzuda hazırlanmış videoçarxlar izlənilmişdir.