65 yaşını tamamlayan müəllimlərimizin yubileyi qeyd olundu

287 nömrəli Zəkalar liseyində uzun illər təhsil sahəsində şərəflə çalışan iki dəyərli müəllim – riyaziyyat müəllimi Asaliyev Adil və ingilis dili müəllimi Həsənova Dilbər müəllimələrin 65 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
Tədbirdə liseyin kollektivi, müəllimlər iştirak etdi. Liseyin direktoru Aygün xanım Əhmədli yubilyar müəllimlər haqqında ürək sözlərini söyləyərək onların pedaqoji fəaliyyətini, məktəbə və şagirdlərə verdiyi töhfələri xüsusi vurğuladı. Səmimi və duyğulu atmosferdə keçən tədbirdə müəllimlərə minnətdarlıq ifadə olundu, onlara uzun ömür, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulandı.
Həmçinin Azad Həmkarlar İttifaqı da yubilyar müəllimləri diqqətdən kənar qoymadı və onlara hədiyyə təqdim edərək uzun ömür və möhkəm can sağlığı arzuladı.
Adil müəllim və Dilbər müəllimə lisey ailəsi adından bir daha dərin təşəkkürümüzü bildirir, gələcək həyatlarında xoşbəxt və sağlam illər arzulayırıq!