Şagirdlərimiz 3-cü dəfə ölkənin ən güclüsü oldular

2 apreldə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” təşkilatçılığı altında "Nə? Harada? Nə zaman?" oyunu üzrə 6-11-ci sinif məktəblilər arasında Respublika çempionatı keçirilib.

Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.

Liseyimizi təmsil edən “Zəkalar Sr” komandası (komandanın heyəti: Murad İslam 11-ci sinif, Nemət Məmmədli 11-ci sinif, Qurban Cəbili 11-ci sinif, Elcan Əsədli 11-ci sinif, Fərdah İskəndər 9-cu sinif, Zərifə Gözəlova 9-cu sinif) üçüncü dəfə Respublika çempionu adını qazanıb.

Xatırladaq ki, martın 25-də onlayn şəkildə keçirilmiş seçim turunu da komandamız 1-ci yerlə başa vurmuşdu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi