Pedoqoji şuranın iclası keçirildi

287 nömrəli Zəkalar liseyinin 01.04.2025 tarixli pedaqoji şura iclasında məktəbin tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və pedaqoji fəaliyyətin təkmilləşdirilməsi istiqamətində mühüm məsələlər müzakirə olundu.
VII və VIII siniflərdə təmayül fənləri üzrə aparılmış monitorinqin nəticələri təhlil edildi. Texniki, təbiət və humanitar fənlər üzrə şagirdlərin nailiyyətləri qiymətləndirildi, mövcud problemlər və onların həlli yolları müzakirə olundu.
IX, IV və VI siniflərdə buraxılış fənləri üzrə keçirilmiş monitorinqlərin nəticələri təhlil edildi. Şagirdlərin hazırlıq səviyyəsi, əldə olunan uğurlar və qarşıya çıxan çətinliklər nəzərdən keçirildi. Müəllimlərə nəticələrin təkmilləşdirilməsi üçün əlavə metodiki dəstəyin göstərilməsi tövsiyə olundu.
Məktəbdə qabaqcıl pedaqoji təcrübənin yayılması məqsədilə Həsənova Tərlan və Hacınski Reyhan öz uğurlu iş metodlarını və pedaqoji yanaşmalarını təqdim etdilər. Onların effektiv tədris üsulları və innovativ yanaşmaları digər müəllimlər üçün faydalı nümunə kimi qiymətləndirildi.
Yeni tədris mərhələsi üçün əsas hədəflər müəllimlərin diqqətinə çatdırıldı. Təhsil keyfiyyətinin artırılması, fərdi yanaşmanın tətbiqi və şagirdlərin biliklərinin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müəyyən edildi.
Dərs dinləmələri zamanı müşahidə olunan müsbət və mənfi hallar müəllimlərin diqqətinə çatdırıldı. Effektiv dərs metodikalarının tətbiqi, şagirdlərin fəallığının artırılması və dərs prosesində yaranan çətinliklərin aradan qaldırılması üçün tövsiyələr verildi.
İclasda müzakirə olunan məsələlər əsasında müvafiq tövsiyələr qəbul edildi və gələcək fəaliyyət istiqamətləri müəyyən olundu.