“Bahar çiçəkləri” Novruz sərgisi

Liseyimizdə təşkil olunan “Bahar çiçəkləri” adlı Novruz sərgisi baharın gəlişini, təbiətin oyanışını və Novruzun ruhunu əks etdirən möhtəşəm yaradıcılıq nümunələri ilə zəngin oldu. Şagirdlər öz istedadlarını nümayiş etdirərək müxtəlif sənət əsərləri, əl işləri, rəsm və dekorativ kompozisiyalar hazırladılar.
“Bahar çiçəkləri” sərgisi Novruzun ruhunu liseyimizə gətirdi və bu bayramın hər kəs üçün unudulmaz olmasına töhfə verdi!