"Fəal oxucu" müsabiqəsi

287 nömrəli Zəkalar liseyinin kitabxanasında noyabr ayından elan edilmiş "Fəal oxucu" müsabiqəsinə yekun vurulmuşdur. Liseyin direktoru Aygün Əhmədli ilə müsabiqə qaliblərinin görüşü keçirilmişdir. Liseyin rəhbəri ən çox kitab oxuyan şagirdləri təbrik etmiş, mütaliənin onların dünyagörüşünün formalaşmasında, oxu mədəniyyətinin və oxu vərdişlərinin yaranmasında böyük rolu olduğunu qeyd etmişdir. Görüşün sonunda qalib şagirdlərə "Təşəkkürnamə" verilmişdir.