Müəllimlərimizi Təbrik Edirik!

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə, pedaqoji sahədə səmərəli fəaliyyətləri, layihələrdəki fəal iştirakı və şagirdlərinin yarış və müsabiqələrdə qazandıqları uğurlara verdikləri töhfəyə görə bir qrup müəllim liseyin direktoru Aygün xanım Əhmədli tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Təltif olunan müəllimləri təbrik edir, uğurlarınızın davamlı olmasını arzulayırıq:
Lalə Yusifova – Beynəlxalq Kosmik Olimpiadanın Koordinatoru
Fərqanə Qasımova – Fasilitator
Kəmalə Ağayeva – Fasilitator
Mehin Cəfərova – Şagirdləri “Robototexnika” yarışlarında dəfələrlə qalib olub
Lamiyə Ağamirova – RFO və RFM-də Kimya fənni üzrə qalib şagirdlər yetişdirib
Əzmkarlığınız və fədakarlığınız yeni zirvələrə aparan yolunuz olsun!