Şagirdimiz beynəlxalq konfransda çıxış etdi

21-25 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq BMT Modeli Konfransı keçirilmişdir. Liseyimizin XI sinif şagirdi Əsədli Elcan da 20 ölkədən olan gənclərin qatıldığı bu konfransda iştirak etmişdir. "Su və iqlim dəyişiklikləri" mövzusunda keçirilən konfransın məqsədi gənclərin natiqlik (public speaking) və sosial bacarıqlarını inkişaf etdirmək, onların gələcəkdə əməkdaşlıq edərək qlobal problemlərin həllinə töhfə vermələrini təşviq etmək idi.