1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə 287 nömrəli Zəkalar liseyində silsilə tədbirlər davam etdirilir

Bu çərçivədə liseyin pedaqoji kollektivi ilə "Fövqəladə hallar" mövzusunda geniş tərkibli maarifləndirici görüş təşkil olunmuşdur. Görüş zamanı fövqəladə hallar və onların xarakteri haqqında ətraflı məlumat verilmiş, təbii fəlakətlər, texnogen qəzalar və terror hallarında davranış qaydaları müzakirə edilmişdir.
Tədbir çərçivəsində təhlükəsizlik və təxliyyə məsələlərinin əhəmiyyəti pedaqoji kollektivin diqqətinə çatdırılmış, xüsusilə şagirdlərin nizam-intizamlı, soyuqqanlı və təmkinli davranışına nail olmaq üçün istifadə edilə biləcək üsul və vasitələr izah edilmişdir.
Sonda fövqəladə hallarla bağlı müxtəlif məzmunlu videoçarxlar nümayiş olunmuş, müəllimləri maraqlandıran və narahat edən suallara aydınlıq gətirilmişdir.