"Dahilər" Kitab Klubu

Kitab oxumağın faydaları saymaqla bitməz: analizetmə bacarığını artırır, nitqi inkişaf etdirir, zəngin dünyagörüşü formalaşdırır. Hər zaman kitab oxuyaq və oxudaq!

Bu məqsədlə Zəkalar Liseyinin 6D sinfində valideyn-şagird əməkdaşlığı çərçivəsində və şagirdlərdə kitaba marağı artırmaq məqsədilə "Dahilər" adlı kitab klubu təşkil olunmuşdur. Klubun təşkilatçısı olan valideyn şagirdlərlə ayda iki dəfə görüşlər keçirir.

Görüşlər zamanı şagirdlər oxuduqları bədii əsərlər haqqında məlumat verir, əsərdəki müsbət və mənfi xarakterlər barədə fikirlərini bildirir və "Əsərin müəllifi olsaydım, sonunu necə bitirərdim?" mövzusunda öz düşüncələrini dostları ilə bölüşürlər.

Şagirdlərin kitaba marağını daha da artırmaq və onları həvəsləndirmək üçün klubun təşkilatçısı onlara təltifnamə və əlfəcinlər təqdim edir.

Kitab oxuyaq, biliyimizi artıraq və gələcəyimizi daha parlaq edək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi