Xocalı soyqrımının qurbanları yad edildi

Xocalı faciəsinin ildönümü ilə bağlı 287 nömrəli Zəkalar liseyində keçirilən tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması və tarixi həqiqətləri dərindən dərk etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Poeziya Həvəskarları" dərnəyinin rəhbəri Azayeva Aynur və Uşaq Birliyi Rəhbəri İsmayılova Təranənin təşəbbüsü ilə şagirdlər faciəyə həsr olunmuş məlumatları və şeirləri səsləndirərək bu qanlı hadisənin unudulmamasına töhfə veriblər.
Bu cür tədbirlər gənc nəslin tariximizə həssas yanaşmasını və vətənə bağlılığını artırmaqla yanaşı, onların milli-mənəvi dəyərlər əsasında yetişməsinə də böyük töhfə verir. Lisey şagirdlərinin fəal iştirakı göstərir ki, Xocalı şəhidlərinin xatirəsi daim yaşadılacaq və gələcək nəsillərə ötürüləcəkdir.
.