Xocalı soyqrımının qurbanları yad edildi

Xocalı faciəsi – Tarixin qanlı yaddaşı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Bu gün biz Xocalı şəhidlərinin xatirəsini anır, onların yaşadıqları dəhşətləri unutmamaq və unutturmamaq üçün çalışırıq.
287 nömrəli Zəkalar liseyində təşkil olunan anım tədbirləri çərçivəsində liseyin təşkilatçısı Şıxəliyeva Aysel VII-VIII sinif şagirdlərinə Xocalı Soyqırımı haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər faciə ilə bağlı film izləyərək bu qanlı hadisənin tarixi və insanlıq üçün nə qədər böyük bir faciə olduğunu bir daha dərk ediblər.