ISTEDADLI ŞAGİRDLƏRİMİZİ TANIYAQ ! Zəkalar Liseyinin daha bir istedadı - Mirkərəm Mirizadə.

Zəkalar Liseyinin 9-cu sinif şagirdi Mirkərəm Mirizadə, riyazi qabiliyyəti, zəngin biliyi ilə beynəlxalq səviyyədə keçirilən bir çox olimpiadalarda qalib gəlmişdir. . O, Sinqapurda SIMOC (Singapore Mathematical Olympiad) yarışmasında gümüş , WMTC (World Mathematics Team Championship) riyaziyyat yarışmasında isə qızıl medal əldə etmişdir.

Mirkərəm həmçinin bir sıra beynəlxalq yarışmalarda da uğurlar qazanmışdır:

FISO İQ (FISO Intelligence Quotient) yarışmasında qızıl medal,

FISO riyaziyyat və FISO ingilis dili yarışmalarında gümüş medallar,

SASMO (South East Asian Mathematics Olympiad), AMO (American Mathematics Olympiad), AIMO (Asian International Mathematics Olympiad) yarışmalarında qızıl medallar. O, həmçinin Fermat riyaziyyat olimpiadasında gümüş medal, Uluslararası Matematik Olimpiadasının hər iki mərhələsində isə qızıl medallar qazanmışdır.

Bundan əlavə, Mirkərəm Kopernik Olimpiadasında bürünc medal, Ken-Ken riyaziyyat yarışmasında qızıl medal və International Math Challenge yarışmasında qızıl medal əldə etmişdir. O, WMTC qrup mərhələsində də kubok qazanaraq böyük bir uğur əldə etmişdir.

Liseyin direktoru A. Əhmədli Mirkərəm Mirizadənin yeni uğurlara imza atacağına əmin olduğunu bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi