Pedaqoji Şura Keçirildi

Liseydə Pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran məsələlər müzakirə olundu, o cümlədən Böyük Summativ Qiymətləndirmənin (BSQ) nəticələri təhlil edildi. Şagirdlərin ümumi nailiyyət səviyyəsi dəyərləndirildi, tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüldü. Müəllimlər nəticələrə əsaslanaraq şagirdlərin inkişafı üçün strateji yanaşmalar müzakirə etdilər.
Məktəb rəhbərliyi və pedaqoji heyət keyfiyyətli təhsilin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.