"Kitab mübadiləsi" tədbiri keçirildi

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay İskəndərova 6c sinfində şagirdlərin söz ehtiyatını və dil bacarıqlarını, tənqidi düşünmə və analiz etmə, yaradıcılığı və təsəvvür gücünü, fokuslanma və səbr qabiliyyətini artırmaq, mədəni bilikləri və dünyagörüşünü genişləndirmək üçün kitab mübadiləsi təşəbbüsü irəli sürdü. Şagirdlər bir birilərinə kitab hədiyyə etdi və oxumaq üçün onlara vaxt verildi. Sonda şagirdlərlə əsərlər müzakirə ediləcək və onların fəaliyyəti dəyərləndiriləcəkdir.