Liseyimizdə Novruz bayramı qeyd olundu

17 mart 2017-ci liseyimizin akt zalında elimizin ən gözəl, ən özəl bayramı qeyd olundu. Tədbir liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Könül tərəfindən hazırlanmış tədbirdə 8a sinif şagirdləri çıxışları ilə hər kəsin könlünü oxşadı. Novruz adətlərini özündə əks etdirən səhnəciklər, kosanın oyunu, Novruzla bağlı haxışdalar, yallı tədbir boyu bir-birini əvəz etdi. Zalda o qədər gözəl ab-hava yaranmışdı ki, "Azərbaycan oğluyam" və "Bu elin qızıyam" mahnılarını iştirakçılarla bərabər bütün zal da ifa edirdi. Tədbirin sonunda liseyin direktoru Aygün Əhmədli də çıxış edərək qonaqların və lisey kollektivinin timsalında bütün xalqımızın bayramını təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi