Bədii əsərlərin müzakirəsi keçirilib

Zəkalar liseyinin kitabxanaçısı Nərgiz İdayətovanın təşəbbüsü ilə şagirdləri mütaliəyə cəlb etmək üçün bədii əsərlərin müzakirəsi keçirilib. Müzakirəyə liseyin direktor müavini Aysel Şıxəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Tağıyeva , təsviri incəsənət müəllimi Fərqanə Qasımova da dəstək olmuşdur. 7 C sinfi ilə Çingiz Aytmatovun "Manqurt" hekayəsi, 5 B sinfi ilə Səməd Behrənginin "Balaca qara balıq" və Valdemar Bonselsin "Arı balası Maya " hekayələrini şagirdlər həvəslə oxumuş və əsərlərə maraqlı illüstrasiyalar çəkmişlər .