ZƏKALAR liseyinin komandası BREYN RİNQ TV yarışmasında RESPUBLİKA ÇEMPİONU oldu !

Zəkalar liseyinin “Zəkalar SR” komandası Bakı və Abşeron regionu üzrə seçim turunda 60 məktəb arasında qalib gələrək Breyn Rinq TV yarışmasının final mərhələsinə vəsiqə qazandı. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günündə komandamız mükəmməl oyun nümayiş etdirdi. Bu dəfə respublikanın müxtəlif bölgələrindən olan komandalarla gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda liseyimizin möhtəşəm komandası 2024-cü ilin Azərbaycan Çempionu adını qazandı !
Yüksək zəkaya, hərtərəfli biliyə malik olan Zəkalar liseyinin gənc yetirmələri, yarışmada suallara cavab verməklə yanaşı, həm də strateji düşüncə və mükəmməl dünyagörüşləri ilə də diqqət çəkdilər.
Qürur duyduğumuz yetirmələrimizin - Gələcəyin Zəkalarının hər zaman boyük nailiyyətlərə imza atacağına əminik! Zirvələri fəth etməyə davam, Zəkalar liseyi!