Liseyimizdə ilin axırıncı çərşənbəsi günü

İlimizin axırıncı çərşənbəsi də gəlib çatdı. Norvuz bayramına bir neçə gün qalıb. Ölkəmizin hər yerində olduğu kimi bizim liseyimizdə də bayram ab-havası yaşanır. Torpaq çərşənbəsi günü liseyimizdə xüsusi olaraq qeyd olundu. İlk əvvəl iməclik işləri davam etdirildi. Həyətdə yeni ağaclar əkildi, sinif otaqlarında təmizlik işləri aparıldı. Liseyin qadın müəllimləri də axır çərşənbə gününü tam fərqli qeyd etməyi qərara aldılar. Bayram ənənələri ilə şagirdləri tanış etmək, onlarda milli ruh və mənəvi dəyərləri aşılamaq məqsədilə dərs zamanı şagirdlərin qarşısına başlarına kəlağayı örtərək çıxdılar. Bu da şagirdlərimiz tərəfindən xoş qarşılanaraq yadda qalan günlərdən birinə çevrildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi