Naxçıvan aylığı çərçivəsində seminar və esse müsabiqəsi keçirildi

Dekabrın 24-də VI və VII siniflər arasında Naxçıvanla bağlı esse müsabiqəsi yekunlaşdı və seminar keçirildi. Azərbaycan dili müəllimi Sahilə Bilalova 7d sinfi ilə seminar keçirdi və şagirdləri Naxçıvanın maddi və mədəni abidələri ilə yaxından tanış etdi.
Essenin müsabiqəsinin mövzusu Naxçıvanın zəngin, mədəni irsinə və tarixi abidələrinə həsr olunmuşdu. Müsabiqədə şagirdlər aktiv iştirak etdilər.
Metodbirləşmə sədri Ləman Baloğlanova şagirdlərin yazdığı esseləri dəyərləndirib qalibləri elan etdi:
7e sinif şagirdləri Məcidli Şəms "Naxçıvanın ağız dadı" essesi ilə I yerin, Şükürlü Arzu "Naxçıvanın müasir tikililəri" essesi ilə ll yerin sahibi oldu. 7b - Novruzova Sona və 6c - Alıyeva Zeynəbə isə həvəsləndirici yer verildi.