"Məktəblərdə Naxçıvan ayı”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 03.12.2024-cü il tarixli 59-D-327 nömrəli məktubda “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi qeyd olunmuşdur. Bununla əlaqədar hazırlanmış Tədbirlər planına uyğun olaraq dekabrın 18 i VIII sinif şagirdləri arasında liseyin təşkilatçısı Şıxəliyeva Aysel və “Hazırcavablar “dərnəyinin rəhbəri Süleymanov Elimdarın təşkilatçılığı ilə “Qədim türk diyarı -Naxçıvan”adlı intellektual yarış keçirildi .Yarışın sonunda qaliblər fəxri fərmanla,hədiyyələrlə təltif olundu. 8 c sinifi yarışın qalibi oldu.