Şahmatçımız Il yerin sahibi oldu

Liseyimizin 9a sinif şagirdi Mahmudzadə Yunis Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat idman növü üzrə Azərbaycan çempionatında 14 yaşadək oğlanlar arasında 2-ci yerin sahibi oldu.
Qeyd edək ki, Yunis eyni zamanda dəfələrlə həm ölkədaxili, həm də beynəlxalq yarışların iştirakçısı və qalibi olmuşdur.