Riyaziyyat aylığı çərçivəsində bilik yarışı
Riyaziyyat aylığı çərçivəsində 17 dekabr 2024-cü il tarixində liseyimizin 7D sinfində riyaziyyat müəllimi Xəlilova Elmira sinifdaxili yarış keçirdi. Yarış başlamazdan əvvəl şagirdlər Evklid, Lütfizadə, Nyuton, Pifaqor olmaqla 4 qrupa bölündü. Maraqlı rəqabətdən sonra Evklid qrupu qalib gəldi. Və qalib komandaya hədiyyə və Diplom təqdim olundu. Günün sonunda şagirdlərə yarışda həmrəy olmaqları ilə bağlı “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”ndən də bəhs edildi.