"Partlayıcı sursatların təhlükəsinə dair" maarifləndirici görüş

17 dekabr 2024-cü il tarixdə liseyin hərbi müəllimi İbrahim Rüstəmov liseyin şagird və müəllim heyəti ilə birlikdə "Partlayıcı sursatların təhlükəsinə dair" maarifləndirici görüş təşkil etdi. Görüş zamanı partlaylcı sursatlar, onların növləri və təhlükəsi haqqında geniş məlumat verildi, videoçarx nümayiş etdirildi.