Ulu öndərin anım gününə həsr olunan Dəyirmi masa təşkil olundu

12 dekabr 2024-cü ildə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar liseyin uşaq birliyi rəhbəri İsmayılova Təranə 7a sinif şagirdləri ilə dəyirmi masa keçirdi. Burada dahi şəxsiyyətin həyat yolu, ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanın müxtəlif sahələrdə inkişafı, müstəqil Azərbaycanın dünya arenasındakı mövqeyinin yaranması və möhkəmlənməsindən danışıldı.