Məntiq dərnəyi

Liseyimizdə təşkil olunmuş Məntiq dərnəyi şagirdlərimizin riyazi bacarıqlarının, məntiqi düşüncələrininin inkişafı ilə məşğuldur. Şagirdlərin çətin tipli məsələləri çox asan yollarla tez hesablama texnikasını mənimsətməkdir. Məntiqlə məşğul olan şagirdlərin digər fənnlərədə müsbət təsirini izləyirik.Şagirdlərlə tez-tez yarışlar keçirilir. Yarışların məqsədi qrup halında işləmək texnikası, diqqətin formalaşdırılması, vaxtdan düzgün istifadə edilməsi, həyəcanın aradan qaldırılması kimi məsələlərə toxunmaqdır.
Bununla yanaşı şagirdlərimiz respublikada keçirilirən bir çox beynəlxalq olimpiadalara qatılaraq yüksək naliyyətlər əldə etmişlər. FERMAT(FMO) beynəlxalq riyaziyyat olimpiadiyasında 5 gümüş medal, AMO amerikan riyaziyyat olimpiadasında dərnəyimizin 9 şagirdi 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmışdırlar. İstedadlı şagirdimiz Alper Məmmədli ən yüksək nəticə göstərərək dünya sıralamasında birinci yerə layiq görülmüşdür. Sinqapurda keçiriləcək final mərhələsində Alper Məmmədliyə bol uğurlar arzulayırıq.