Pedoqoji şuranın iclası keçirildi

22 noyabr 2024-cü il tarixdə liseyin növbəti pedaqoji şurası keçirildi. İclasda aşağıda qeyd olunan məsələlər müzakirə edildi.
1.IV və IX siniflərin buraxılış
imtahanlara hazırlıq prosesi və qiymətləndirmə vəsaitləri müzakirə edildi. Müəllimlərin və şagirdlərin imtahan proqramlarına uyğun hazırlıq səviyyəsi, tədris planlarının icrası və əlavə dəstək tədbirləri ilə bağlı məsələlər nəzərdən keçirildi. Məqsəd şagirdlərin daha yüksək nəticələr əldə etməsi üçün effektiv strategiyalar müəyyən etmək idi.
Həmçinin ibtidai siniflər də daxil olmaqla qiymətləndirmə vəsaitlərinin tətbiqi ilə bağlı aşağıdakı təkliflər irəli sürüldü.
Müasir qiymətləndirmə vasitələrinin və
formativ qiymətləndirmənin daha çox tətbiqi.
Summativ qiymətləndirmə ilə yanaşı, yaradıcı layihələr və portfoliolara əsaslanan qiymətləndirmələrdən istifadə etmək.
Qiymətləndirmə nəticələrinin analitikası əsasında şagirdlərə və valideynlərə dəqiq və konstruktiv rəy təqdim edilməsi.
2. Fənn olimpiadasının təşkili və keçirilməsi.
Liseydə azərbaycan dili, riyaziyyat, fizika,informatika kimya, biologiya və tarix fənləri üzrə olimpiada kecirildi. Olimpiadanın məqsədi şagirdlərin bilik səviyyəsini qiymətləndirmək, istedadlı şagirdləri aşkar etməkdir.
Şagirdlərin ədalətli şəkildə iştirakını təmin etmək üçün nəzarətçilər təyin edildi. suallar tərtib olundu. nəticələr elan edildi. Növbəti mərhələdə şagirdlərlə iş aparmaq üçün metodbirləşmə rəhbərlərinin təklifləri dinlənildi.
3. Dərnəklərin aparılması vəziyyəti
"Poeziya həvəskarı" dərnəyinin rəhbəri" Poeziya həvəskarı" dərnəyi şagirdlərə öz düşüncələrini bədii şəkildə ifadə etməyi, poeziyanı sevməyi və estetik zövqlərini inkişaf etdirməyi öyrədən vacib bir platformadır. Müntəzəm fəaliyyətlər və yaradıcı təşəbbüslər bu dərnəyi şagirdlər üçün daha maraqlı və faydalı edir. Şagirdlərə şeir oxumaq bacarığını inkişaf etdirir və səhnə təcrübəsini inkişaf etdirir.
4.Cari məsələlər: Liseyin direktoru şagirdlərin təhlükəsizliyi liseydə prioritet məsələlərdən biri olduğunu vurğuladı. Eyni zamanda korrupsiya ilə əlaqədar hüquqpozma hallarına qarşı mübarizə metodları müzakirə olundu. Şagirdlərin fiziki və psixoloji rifahını qorumaq, onların akademik və şəxsi inkişafına dəstək olmaq üçün təhlükəsiz mühiti təmin etmişik.
Liseydə COP29 ilə bağlı həyata keçirilən tədbirlər.
COP29-un məqsədləri, iqlim dəyişikliyi və onun nəticələri ilə bağlı coğrafiya, kimya, biologiya və ədəbiyyat dərslərində iqlim dəyişikliyi, karbon emissiyaları və onların azaldılması yolları haqqında müzakirələr aparıldı.
Məktəb daxilində ekoloji məsuliyyətli davranışları təşviq edən proqramlar tətbiq edildi.