VIII qrant müsabiqəsinin qalibi olan layihələr fəaliyyətə başladı

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibləri olan "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" və “Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” layihələrinin icrasına başlanmışdır.
27 noyabr 2024-cü il tarixində liseydə hər iki layihənin açılış mərasimi keçirildi. Tədbirdə məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etdi.
Dövlət himninin səslənməsi ilə açıq elan edilən tədbirdə ilk olaraq liseyin direktoru Aygün Əhmədli çıxış etdi. Müəllimlərimizin artıq dəfələrlə qrand müsabiqə qalibi olmasını xüsusi vurğulayan lisey rəhbəri bu ilin qalibi olan Aygün Məmmədova və Sevinc Nəcəfovanı təbrik etdi. Liseyin rəhbəri layihələrin hər bir sagird üçün səmərəli olacağını söylədi. Daha sonra 191 nömrəli tam orta məktəbin direktoru Leyla Məcidova, 64 nömrəli tam orta məktəbin rəhbəri Səidə Rəhimova qrant layihələrin məktəblər üçün faydasından danışdı.
"Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi Xətai rayonu 287 nömrəli "Zəkalar" liseyində ingilis dilli müəllimi Aygün Məmmədova tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərin qeyri-ənənəvi öyrənmə üsulları ilə ingilis dili bacarıqlarını inkişaf etdirmək, dil öyrənməyə maraqlarını artırmaq və onlara əyləncəli, adaptiv öyrənmə mühiti təqdim etməkdir.
“Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsi liseyin ibtidai sinif müəllimi Sevinc Nəcəfova tərəfindən həyata keçirilir. Qeyd edək ki, liseydəki sağlam rəqabət və təhlükəsiz mühit şagirdlərin təhsildə də yüksək nəticələr göstərməsinə təminat yaradıb. Bu layihənin keçirilməsində məqsəd bu təcrübənin digər məktəblərə də çatdırılması və örnək olmaqdır. Layihə çərçivəsində şagirdlər arasında məktəb icması daxilində təhlükəsiz mühit yaratmaq, məktəblərdə psixoloqlarla danışıqlar apararaq bullinqə məruz qalmış, o cümlədən bullinq etməyə meyilli olan şagirdlərlə iş aparmaq məqsədi daşıyır.
Hər iki müəllimimizə uğurlar arzu edirik!