Müəllimlərimiz Dövlət İmtahan Mərkəzində iclasda olmuşlar

26 noyabr, 2024- cü il tarixdə 287 nömrəli "Zəkalar" liseyinin ingilis dili müəllimləri Qasımova Sədaqət (xarici dil metodbirləşmə rəhbəri) və İbrahimova Nigar Dövlət İmtahan Mərkəzində iclasda olmuşlar. İclasda 2024-25-ci tədris ilində 9-cu və 11- ci sinif şagirdlərinin buraxılış imtahanlarında xarici dildən bilik və bacarıqlarının yekun qiymətləndirilməsi, imtahan formatı, qiymətləndirmə meyarları və imtahan proqramına daxil edilmiş və çıxarılmış suallardan danışıldı. Afiqə Batıyeva, Könül Hajıyeva, Nəzrin Kərimova və digər bu məsələlərə məsul şəxslər imtahan suallarının sayı və tərtibatı, qiymətləndirilməsi haqqında müəllimlərə məlumat verdilər. Sonda onlar müəllimləri maraqlandıran və narahat edən sualları cavablandırdılar.
27 noyabr, 2024-il tarixdə metodbirləşmə rəhbəri Qasımova Sədaqət liseyin ingilis dili müəllimlərini DİM-n iclasında deyilən yeniliklərlə tanış etdi, slaydlar nümayiş etdirərək müəllimləri məlumatlandırdı. O, dərs prosesində şagirdləri nəzərdə tutulmuş yeni modellə tanış etməyi, DİM-n 8-ci və 9-cu siniflər üçün nəzərdə tutulmuş yeni modelə uyğun olan vəsaitlərindən geniş istifadə etməyi və qiymətləndirmə meyarlarına diqqət etməyi tövsiyə etdi.