Şagirdlərimiz COP29 informasiya mərkəzində oldular

19 noyabr 2024-cü il tarixində, bulvar ərazisində yerləşən COP29 informasiya mərkəzində "Sağlam Qida, Sağlam Planet" başlığı altında sessiya keçirilmişdir. Tədbirdə "Carbon/Plastic Free Eco Food Truck" Layihəsi, Orqanik Məktəb Bağı və Aqrobiomüxtəliflik mövzularında info-müzakirələr aparılmışdır. Həmçinin sessiya içtirakçıları ilə sağlam qida seçimlərinin Planetin sağlamlığına təsiri araşdırılmışdır.
Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Münəvvər Əhmədovanın təşəbbüsü ilə liseyimizdə təşkil olunmuş "Ekoklub"un üzvləri də fəal iştirak etmişdilər.