Zəfər Gününə həsr olunan tədbir

44 günlük Vətən müharibəsi ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini azad edən xalqımız, bu böyük qələbəni Zəfər Günündə qeyd edir. Bu zəfər ölkəmizdə xüsusi təntənə ilə keçirildiyi kimi, liseydə də geniş şəkildə təşkil olundu. Tədbirdə liseyin rəhbərliyi, müəllimlər və qonaqlar iştirak edirdi. Tədbirdə 44 günlük müharibədə iştirak etmiş ,şücaətlər göstərmiş qazimiz Aşır Gülgəzov da iştirak etmişdi.Liseyin akt zalında  keçirilən tədbirdə əvvəlcə  torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi yad edildi. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər, mahnılar, bədii kompozisiyalar nümayiç etdirildi., “Poeziya həvəskarları “ dərnəyinin şagirdləri səhnəciklər göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi