Psixoloqun fəaliyyəti

Liseyin psixoloqu Şəmilova Samirə şagirdlərlə “Uşaq Hüquqları” mövzusunda profilaktik söhbət aparmışdır. Uşaqlara öz hüquqları haqqında, Uşaq Hüquqları Konvensiyası və onun müddəaları barədə məlumat verilmişdir. Belə ki, uşağın şəxsiyyətinin tam inkişafı üçün onun öz hüquqlarını bilməsi vacib amillərdən biridir. Hüquqlarla yanaşı şagirdin vəzifələri haqqında da məlumat verilmişdir.