Tarix aylığı çərçivəsində tədbirlər

Liseyin illik fəaliyyət planına əsasən noyabr ayı liseydə Tarix aylığı elan olunmuşdur. Aylıq çərçivəsində açıq dərslərin keçirilməsi, divar qəzetlərinin hazırlanması, dərsdinləmələr, müxtəlif tədbirlərin, dəyirmi masaların təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə liseyin tarix müəllimi Y.Rüstəmov Zəfər tarixi fənnindən 9b sinfində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş dərs təşkil edib. Tariximizin şanlı səhifələrinə həsr olunmuş dərsin məqsədi şagirdlərə vətənpərvərlik , eyni zamanda dövlət rəmzlərinə hörmət hissinin aşılanması, 44 günlük Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlığını, xalqımızın birliyini təblig etmək idi.