“Planet bizim evimizdir” mövzusuna dərs

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması ilə əlaqədar olaraq liseyin biologiya müəllimi Məmmədova Ellada 6a sinfində təbiət dərsini “Planet bizim evimizdir” mövzusuna həsr etdi. Dərs prosesində məktəblilərə ekoloji tarazlığın qorunmasının əhəmiyyəti, ətraf mühitin mühafizəsi məsələsində hər kəsin diqqətli olmasının vacibliyi haqqında məlumat verildi və sonda şagirdlər “Gəlin təbiəti birlikdə qoruyaq” şüarını səsləndirərək həmyaşıdlarına müraciət qəbul etdilər.