Beynəlxalq Kosmik Olimpiada komandası işini davam etdirir

Liseyin direktoru Beynəlxalq Kosmik Olimpiadanın iştirakçıları olan heyətlə görüşərək Olimpiadanın məqsədi, əhəmiyyəti, vacibliyi ilə bağlı tövsiyələr verdi və bu müsabiqənin elm, yaradıcılıq və insanlığın gələcəyini formalaşdıran bir platforma olduğunu nəzərə çatdırdl.
Aygün Əhmədli qeyd etdi ki, birgə çalışma, yeni dostluqlar qazanma və eyni zamanda öz ölkəmizi, liseyimizi təmsil etmə imkanı verir. Lakin
bu yol heç də asan olmayacaq. Amma hər bir çətinlik, bizi daha da gücləndirəcək. Sizlərin əzmi, iradəsi və sevgi ilə hazırlıq prosesi, gələcəkdə bizə qələbə gətirəcək. Müsabiqələrdə yalnız uğur qazanmaq deyil, həm də bu prosesdə öyrənmək və böyümək əhəmiyyətlidir.
Liseyin rəhbərliyi, müəllimlərimiz və hər biriniz, bu uğura nail olmaq üçün sizin yanınızdadır. İnanırıq ki, birlikdə çalışaraq, yeni zirvələrə çata bilərik.
Sizlərə uğurlar arzulayırıq! Yola çıxmadan əvvəl, unutmayın ki, kosmos yalnız fiziki bir yer deyil, həm də düşüncə və xəyallarımızın sərhədsiz genişliyidir. Gəlin, bu genişliyi kəşf edək!
Sonra xatirə şəkli çəkdirildi.