COP 29 la bağlı rəsm sərgisi
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı olaraq, Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, yaşıl enerji növlərinin yaradılması istiqamətində şagirdlərin maarifləndirilməsi məqsədilə oktyabr ayında "Məktəblərdə ekologiya ayı" layihəsi çərçivəsində şəhərimizdə keçirilən COP 29 la bağlı rəsm sərgisi təşkil olunub. Məktəbdənkənar "Gənc rəssamlar"adlı dərnəyimizin müəllimi Əliyeva Səbinə tərəfindən təşkil olunan sərgidə V-Vl sinif şagirdlərinin rəsmləri nümayiş olundu.