"Ekoklub"un üzvləri Ümumdunya Qida Gününə həsr olunan tədbirdə iştirak etdi
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilmiş və aclıq , ərzaq təhlükəsizliyivə sağlam qidaya çıxışla bağlı çətinliklər haqqında qlobal məlumatlılığı artırmaq məqsədi daşıyan, hər il 16 oktyabr tarixində global səviyyədə qeyd olunan Ümumdunya Qida Gününə istinad edərək, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində xüsusi tədbir təşkil olunmuşdur. Bu tədbirdə təşəbbüsü dəstəkləmək üçün FAO-nun Azərbaycandakı nümayəndələri tərəfindən iqlim dəyişikliyinin qlobal problemləri, onun kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsirləri haqqında təqdimatlar keçirildi.
Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Münəvvər Əhmədovanın təşəbbüsü ilə Zəkalar liseyində təşkil olunmuş "Ekoklub"un üzvləri də fəal iştirak etmişdilər.