İdmançı şagirdimiz

12-13 oktyabr 2024-cü il tarixində Azərbaycan Karate-Do Federasiyası Bakı şəhərində Karate üzrə Reytinq Turniri keçirmişdir. Liseyimizin 7c sinif şagirdi Vəliyev Yusif Tofiq oğlu 12-13 yaş, 40 kq çəki dərəcəsində 2-ci yer, Open - açıq çəki dərəcəsində 3 - cü yerə layiq görülmüş, Azərbaycan Karate-Do Federasiyasının Prezidenti Arif Məmmədov tərəfindən gümüş və bürünc medallarla təltif olunmuşdur.