Təhlükəsiz məktəb

"Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il təlimati məktuba əsasən 14.10.2024-cü il tarixində məktəbdə "Təhlükəsizlik Günü" adı altında tədbirlər keçirilir.
Məktəbdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, şagird təhlükəsizliyinin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə çantalara baxış keçirilib, məktəb rəhbərliyi tərəfindən siniflərdə monitorinqlər aparılıb.
Çalışaq təhlükəsizliyi bir gün yox, hər gün qoruyaq!