Şagirdlərimiz Beynəlxalq İngilis dili olimpiadasında uğurlu nəticə göstərdilər

KGL (Kangaroo Global Linguistics) Beynəlxalq İngilis dili olimpiadasının Grand Final mərhələsi çərçivəsində liseyimizin 10 a sinif şagirdi Abdullayev Ayxan və 9c sinif şagirdi Mustafayev Kənan və onları müşayiət edən liseyin ingilis dili müəllimləri İbrahimova Nigar və  İslamova Könül, eləcə də KGL ölkə rəhbəri Abuşova Elnarə 02.10.2024-07.10.2024-cü il tarixlərində Yunanıstanın Afina və Saloniki şəhərlərində səfərdə olmuşlar. Yarış iştirakçıları ilk növbədə Afina şəhərini gəzmiş, buranın tarixi və mədəni abidələri ilə yaxından tanış olmuşlar. Daha sonra Saloniki şəhərində təşkil olunmuş final yarışına qatılmışlar. Yarışmada fərqli ölkələrdən gəlmiş şagirdlər müxtəlif dil səviyyələri üzrə rəqabət aparırdılar. Şagirdlərimiz final mərhələsində yüksək nailiyyət əldə edərək fərqlənmə medalı və sertifikatla təltif olunmuşlar. Bununla yanaşı liseyimizə şagirdlərimizin ölkəmizi yüksək səviyyədə təmsil etdiyinə görə təşəkkürnamə təqdim edilmişdir. Olimpiada boyunca şagirdlərə dəstək olan müəllim heyəti də sertifikatlara layiq görülmüşdür. Sonda bütün iştirakçılarla birgə xatirə şəkli çəkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi