"Feminizm" adlı debat-müsabiqə

2 fevral 2017-ci ildə liseyimizdə maraqlı bir debat-müsabiqə keçirildi. Liseyin rəhbərliyi tərəfindən böyük dəstək görən tədbirin təşkilatçısı liseyin 8a sinif şagirdləri idi. Debatı layihənin ideya müəllifi Babayeva Nigar açıq elan etdi, feminizmlə bağlı çıxış etdi. Sonra digər təşkilatçılar-Ş.Sara, M.Maya, H.Fatimə müasir cəmiyyətdə zərif cinsin nümayəndələrinin rastlaşdığı problemlərdən, böyük sürətlə inkişaf edən informasiya cəmiyyətində hələ də bəzi qızların təhsil almaq, azad söz deyə bilmək kimi ən adi hüquqları tapdalanmasından , mübarizələrə baxmayaraq erkən nigahların tamamilə aradan qaldırıla bilməməsindən danışdılar. Tədbir iştirakçıları statistik sorğu vərəqlərini cavablandırdı. Maraqlı suallar müzakirə olundu. Debat boyu həm səslənən həm zidd, həm paralel fikirlər sonda bir nöqtədə cəmləndi: sağlam cəmiyyət üçün kişi və qadın olaraq bölunmə yanlış fikirdir, insanların cinsindən asılı olmayaraq hüquqlarını qorumaq haqqı var. Tədbirin sonunda debatın aktiv iştirakçılarına fərman və B.Nigarın müəllifi olduğu "Həyat və mən" kitabı təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi