Xətai rayon İcra Hakimiyyətində tələbələrlə görüş keçirildi

12 sentyabr 2024-cü il tarixində Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan  gənclərlə görüş keçirilib.

Tədbirdə  Xətai rayon İcra Hakimiyyəti rəhbərliyi, rayonun məsul şəxsləri, məktəb direktorları, yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər iştirak ediblər.
Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev  tələbə adını qazanan bütün orta məktəb məzunlarını  böyük uğur münasibətilə ürəkdən təbrik edib.

Rayon rəhbərliyi hər il olduğu kimi 287 nömrəli Zəkalar liseyinin məzunlarının 7 nəfər sagirdinin 650 dən yuxarı bal toplayaraq, 3 qızıl medal və qəbul nəticəsinin 98 faiz olaraq  yuksək nəticə göstərməsini xüsusilə vurğulayıb.

 Ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış  gənclər  çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. 

Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi