Şagirdlərimiz Sinqapurdan 1 gümüş, 1 bürünc medalla geri dönür

Sizinlə qürur duyuruq!
Sinqapurda keçirilən SİMOC olimpiadasında liseyimizin IX sinif şagirdi Mirkərəm Miriyev gümüş, VIII sinif şagirdi Səmədova Fatimə isə bürünc medal qazandı. 32 ölkədən 2200 şagirdin iştirak etdiyi SİMOC olimpiadasında ölkəmizi təmsil edən komanda ümumilikdə 2 qızıl, 10 gümüş, 17 bürünc medal bürünc medal qazanıb.
Bu böyük qələbə Azərbaycanda savadlı və zəhmətkeş gənc nəslin yetişməsinə bariz sübutdur. Bu münasibətlə zəhməti keçən hər bir müəllimə və şagirdlərin mükafatlanma mərasimində onlara mənəvi dəstək olan lisey rəhbərimiz Aygün Əhmədliyə minnətdarlığımızı bildiririk!
Uğurlarınız davamlı olsun, əziz şagirdlərimiz!