2023-24-cü tədris ilində onlarla yerli və beynəlxalq yarışların medalçısı olan iki qardaş

Liseyimizin iki şagirdi Elcan və Ərcan qardaşları ötən günlərdə 22-26 iyun tarixlərində B.Ə.Ə-nin Dubay şəhərində keçirilmiş FISO Beynəlxalq olimpiasının Global Finalında qızıl və bürünc medallar qazandılar. Təkcə bu dərs ili boyunca onların hər ikisi müxtəlif onlarla yarışda iştirak etmiş və hər  birisini qalibiyyətlə bitirmişlər. Bu istedadlı şagirdlərin uğurlarını sizə təqdim edirik. 

 

ELCAN ƏSƏDLİ ELMAN OĞLU

 

18.02.2023-cü il tarixində kecirilən FISO IQ (Future Intelligence Students Olympiad) Respublika turunda bürünc medal qazanaraq Amerikada keçiriləcək finala vəsiqə qazanmışdır.

Final mərhələsi 20.05.2023-cü il tarixində müəyyən səbəblərdən onlayn keçirilmişdir. 40 ölkənin 26000-dən çox şagirdin iştirak etdiyi olimpiada 1 saat davam etmişdir. Elcan Əsədli minlərlə rəqibini qabaqlayaraq 34 dəqiqə 52 saniyəyə imtahanı tamamlamışdır. Nəticələrə əsasən Elcan qızıl medal qazanaraq Dünya 4-cüsü və Azərbaycan çempionu olmuşdur.

 

15.10.2023-cü il tarixində keçirilən Fermat Mathematical Olympiad (FMO) Respublika turunda gümüş medal qazanaraq Vyetnamda keçirləcək finala vəsiqə qazanmışdır.

 

16.10.2023-cü il tarixində Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Qüvvət elmdədir" adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Maraqlı mübarizə şəraitində keçən yarışda qalib gələn 287 saylı "Zəkalar" liseyinin "Zəkalar SR" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Komandamızın kapitanı yenidən Elcan olmuşdur.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”-ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində 6-11-ci sinif məktəbliləri arasında “Nə?Harada?Nə zaman?” intellektual oyunu üzrə Respublika kuboku yarış keçirilib. Yarış iki turdan ibarət idi. 22 oktyabr tarixində keçirilmiş onlayn seçim turunda 309 komanda iştirak etdi. Final turu 4 noyabr tarixində Bakı şəhərində “Landmark” hotelin “Rotunda” zalında təşkil olundu. Finala seçim oyunda yüksək nəticə göstərən 39 komanda və canlı regional Kubok oyunlarında qalib gələn 7 vayld-kard alan komanda vəsiqə qazandı. Zəkalar liseyi iki komanda ilə finala vəsiqə qazanmışdır. 10-11-ci sinif şagirdlərindən ibarət “Zəkalar SR” komandamız Respublika finalında bütün rəqibləri üçün əlçatmaz olub. Əvvəlki yarışlarda 2-ci və 3-cü olan komandamız bu dəfə çempion adına layiq görülüb. Elcan komandamızın kapitanı qismində çıxış edirdi.

 

18.11.2023-cü il tarixində keçirilən İnternational Math Challenge (IMC) olimpiadasında 139 ölkənin 80000-dən çox şagirdinin iştirak etdiyi yarışmada Elcan Əsədli qızıl medal qazanaraq top 100-lüyə imza atmışdır. Dünya sıralamasında 72-ci, Azərbaycan sıralamasında 4-cü olaraq qərarlanmışdır. Bu yarışın qalibləri olan şagirdlərin uğurunu qiymətləndirmək məqsədi ilə bəzi universitetlərə qəbul imkanları yaradılmışdır; “North American University” (USA), “Vistula University” (Poland), “Woonsong University” (Korea), “Ala-Too International University” (Kyrgyzstan), “Süleyman Demirel University” (Turkey), “Paragon International University”, (Cambodia).

 

10.12.2023-cü il tarixində keçirilən 70-dən çox ölkənin iştirak etdiyi International Lingvistik Olimpiadası (İOL)-ın Respublika turunda Elcan fərqlənərək yarımfinala yüksəlmişdir.

 

19.12.2023-cü il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında keçirilən "Qüvvət elmdədir" adlı intellektual yarışın final mərhələsi baş tutub. Finalda Bakı şəhəri, Ağsu, Balakən, Yevlax, Neftçala və Cəlilabad rayonlarında keçirilmiş yarışlarda qalib gəlmiş komandalar mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən final görüşündə  Bakı şəhəri Xətai rayonu 287 saylı "Zəkalar" liseyinin "Zəkalar SR" komandası yarışın qalibi olub. Finalda iştirak edən bütün komandaların üzvlərinə diplomlar, ilk üç yerin qalibinə qiymətli hədiyyələr təqdim olunub.

 

Mütəmadi olimpiadalarda iştirak edən Elcan 23.12.2023-cü il tarixində keçirilən IMEC olimpiadasında bürünc medal qazanaraq 6-13 avqust tarixlərində Londonda Greenwitch Universitetində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

25.12.2023-cü il tarixində keçirilən Respublika fənn olimpiadalarının şəhər mərhələsini uğurla keçən Elcan yarımfinala vəsiqə qazanmışdır. Qeyd edək ki, riyaziyyata olan marağından əlavə Elcan RFO-da Tarix fənnindən iştirak etmişdir.

 

14.01.2024-cü il tarixində keçirilən FISO Math olimpiadasında bürünc, FISO IQ olimpiadasında qızıl medallar qazanaraq B.Ə.Ə-nin Dubay şəhərində 22-26 iyun tarixində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır. Ölkəmizi Dubayda təmsil edəcək Elcan çox həvəslə yarışa hazırlaşır.

 

Elcan Əsədli 18.02.2024-cü il tarixində keçirilən Beynəlxalq Kopernik Riyaziyyat olimpiadasının Respublika turunda gümüş medal qazanaraq Amerika Birləşmiş Ştatlarının New York şəhərində keçiriləcək 14-18 iyul tarixlərində baş tutacaq final turuna vəsiqə qazanmışdır.

 

08.03.2024-cü il tarixində dünyaca məşhur olan Tales Matematik Yarışmasının Respublika turunda iştirak edən Elcan bürünc medala layiq görülmüşdür. O, Türkiyənin İzmir şəhərində keçiriləcək olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır.

 

16.03.2024-cü il tarixində “Cambridge IWS Online School”-a qəbul təqaüd imtahanı keçirilmişdir. İmtahan riyaziyyat və ingilis dili testləri üzərində olmaqla 2 fənndən ibarət idi. Elcan bu imtahanda ən üstün mükafat sayılan “Diamond” medal qazanmış, üstəlik Cambridge Online School üçün 50% təqaüd əldə etmişdir.

 

24.03.2024-cü il tarixində 6-11-ci sinif məktəbliləri arasında “Nə?Harada?Nə zaman?” oyunu üzrə Respublika çempionatının seçim turu keçirilib. Seçim turunda 425 komanda iştirak etdi. “Zəkalar SR” komandası bütün rəqiblərini geridə qoyaraq finala vəsiqə qazanmışdır.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”-ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində 6-11-ci sinif məktəbliləri arasında “Nə?Harada?Nə zaman?” intellektual oyunu üzrə Respublika kubokunun finalı 31 mart tarixində Bakı şəhərində “Landmark” hotelin “Rotunda” zalında təşkil olundu. Komandamız yenidən bütün rəqiblərini geridə qoyaraq Respublika çempionu adını almışdır.

 

27.04.2024-cü il tarixində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi təşkil olunmuşdur. Elcan bu mərhələni uğurla keçərək yarımfinala yüksəlmişdir. Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.

 

25.05.2024-cü il tarixində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş "Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatı Elm və Təhsil Nazirliyi və GameTV.az prodüser mərkəzinin birgə təşkilatçılığı ilə Respublikanın ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçirilmişdir. Komandamız bu çempionatda bütün rəqiblərini geridə qoyaraq Bakı şəhəri üzrə çempion olmuşlar. 10-dan çox regionda təşkil olunmuş çempionatın final mərhələsi Respublikanın ən böyük bilik yarışı olan “Breyn-Rinq” formatı altında sentyabr ayında təşkil olunacaq.

 

Elcan Əsədli Dünya Robot Çempionatı - Technoxian Azərbaycan 2024-cü ildən etibarən, iyun ayında Azərbaycan Robotexnika Mühəndislik Akademiyasının rəsmi təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq yarışmanın iştirakçısıdır. Onun 3 nəfərdən ibarət komandası “AeroSES” Technoxian Azərbaycan Respublika finalına yüksəlmişdir. Respublika final mərhələsində komandalar “İnnovation contest”, ”WRC Botscombat”, “WRC RC Craft”, “WRC Drone”, “WRC Robosoccer” olmaqla 5 kateqoriya üzrə, uyğun olaraq, 8-30 yaş arası gənclər mübarizə aparacaqlar. Elcanın komandası “WRC RC Craft” kateqoriyası üzrə mübarizə apardı. Respublika finalı 8-9 iyun tarixlərində Bakı İdman Sarayında təşkil olundu və Respublika 4-cüsü olaraq yarışı bitirdi.


9 iyunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, «Kapital Bank» və «Təhsil Oyunlar Platforması»nın təşkilatçılığı ilə 6-11-ci siniflər arasında intellektual oyunlar üzrə “Bakı yayı-2024” kuboku keçirilib. Son respublika çempionatının Bakı və Sumqayıt şəhrlərini təmsil edən 16 ən yaxşı komandasının iştirak etdiyi yarış “Nə? Harada? Nə zaman?” və “Breyn-rinq” formatlı oyunlardan ibarət olub. “Zəkalar SR” komandamız bu yarışdada çempion adını qazanıb.
Elcan 22-26 iyun tarixlərində B.Ə.Ə-nin Dubay şəhərində keçirilmiş FISO Beynəlxalq olimpiasının Global Finalında iştirak etdi. O, FISO IQ kateqoriyası üzrə yarışırdı. 18 ölkənin iştirakı ilə təşkil olunmuş olimpiadada Elcan bürünc medal qazanaraq vətənə döndü.

 

 

ƏRCAN ƏSƏDLİ ELMAN OĞLU

 

İlk dəfə olaraq Azərbaycanın qoşulduğu “Türkiyə Matematik Yarışması”ında ölkəmizi 35 şagird təmsil edib. İzmir Ekonomu Univeristetində keçirilən mükafatlandırma mərasimində şagirdlərimizdən Ərcan Əsədli həm respublika, həm final mərhələsindən bürünc medalın sahibi olub.
18.02.2023-cü il tarixində kecirilən FISO IQ (Future Intelligence Students Olympiad) Respublika turunda bürünc medal qazanaraq Amerikada keçiriləcək finala vəsiqə qazanmışdır.

Final mərhələsi 20.05.2023-cü il tarixində onlayn keçirilmiş olimpiada, 40 ölkənin 26000-dən çox şagirdin iştirak etmişdir. Nəticələrə əsasən Ərcan gümüş medal qazanmışdır.

15.10.2023-cü il tarixində keçirilən Fermat Mathematical Olympiad (FMO) Respublika turunda gümüş medal qazanaraq Vyetnamda keçirləcək finala vəsiqə qazanmışdır.

18.11.2023-cü il tarixində keçirilən İnternational Math Challenge (IMC) olimpiadasında 139 ölkənin 80000-dən çox şagirdinin iştirak etdiyi yarışmada Ərcan Əsədli qızıl medal qazanaraq dünya sıralamasında top 100-lüyə imza atmışdır. Bu yarışın qalibləri olan şagirdlərin uğurunu qiymətləndirmək məqsədi ilə bəzi universitetlərə qəbul imkanları yaradılmışdır; “North American University” (USA), “Vistula University” (Poland), “Woonsong University” (Korea), “Ala-Too International University” (Kyrgyzstan), “Süleyman Demirel University” (Turkey), “Paragon International University”, (Cambodia).

10.12.2023-cü il tarixində keçirilən 70-dən çox ölkənin iştirak etdiyi International Lingvistik Olimpiadası (İOL)-ın Respublika turunda Ərcan fərqlənərək yarımfinala yüksəlmişdir.

Müxtəlif olimpiadalarda iştirak edən Ərcan 23.12.2023-cü il tarixində keçirilən IMEC olimpiadasında gümüş medal qazanaraq 6-13 avqust tarixlərində Londonda Greenwitch Universitetində keçiriləcək final mərhələsinə vəsiqəqazanmışdır.

25.12.2023-cü il tarixində keçirilən

Kenquru olimpiadasında Ərcan həvəslə iştirak etmiş və final mərhələyə yüksəlmişdir.

14.01.2024-cü il tarixində keçirilən FISO Math olimpiadasında Qızıl, FISO IQ olimpiadasında gümüş medallar qazanaraq B.Ə.Ə-nin Dubay şəhərində 22-26 iyun tarixində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

Ərcan Əsədli 18.02.2024-cü il tarixində keçirilən Beynəlxalq Kopernik Riyaziyyat olimpiadasının Respublika turunda gümüş medal qazanaraq Amerika Birləşmiş Ştatlarının New York şəhərində keçiriləcək 14-18 iyul tarixlərində baş tutacaq final turuna vəsiqə qazanmışdır.

16.03.2024-cü il tarixində “Cambridge IWS Online School”-a qəbul təqaüd imtahanı keçirilmişdir. İmtahan riyaziyyat və ingilis dili testləri üzərində olmaqla 2 fənndən ibarət idi. Ərcan bu imtahanda ən üstün mükafat sayılan “Diamond” medal qazanmış, üstəlik Cambridge Online School üçün 50% təqaüd əldə etmişdir.

Şagirdimiz American Mathematics Olympiad (AMO) -dan Resbuplika 15-cisi olaraq Qızıl medal və Sasmo Olimpiadasından Gümüş medal qazanmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi