Nazlı Bəxtiyarova

Liseyimizin istedadlı şagirdlərindən biri olan Nazlı Bəxtiyarova bu il məzun oldu.

 O, 2020-2021 və 2021-2022 tədris illərində RFO-da informatika fənnindən final mərhələsinə vəsiqə qazanmışdır. 2022-ci ildə 9-cu sinif şagirdləri arasında SASMO yarışında ölkə səviyyəsində qızıl medala layiq görülmüşdür. 2022-ci il 9-cu siniflərin buraxılış imtahanından 300 üzərindən 295.1 bal toplamışdır. 2022-ci ildə keçirilən beynəlxalq SİMOC yarışında bir gümüş, bir bürünc medal qazanmışdır. 2022-ci ildə 10-cu sinif şagirdləri arasında AMO yarışında ölkə səviyyəsində qızıl medal qazanmışdır. 2023-cü il yanvar ayında keçirilən ABB riyaziyyat yarışmasında 7500 nəfər arasında seçilən 38 qalibdən biri olaraq Moskva Texniki Universiteti professorları tərəfindən keçilən 10 günlük riyaziyyat seminarlarında iştirak etməyə hüquq qazanmış, yarışmanın final mərhələsində 7-ci yerə layiq görülmüşdür. 2023-cü ildə RFO-da informatika və riyaziyyat fənlərindən olmaqla 2 bürünc medala layiq görülmüşdür. 2023-cü il mart ayında SAT imtahanından 1600 üzərindən 1500, may ayında 1540 bal toplamışdır. 2023-cü il avqust ayında TOEFL imtahanından 120 bal üzərindən 108 bal toplamışdır. 2023-2024 tədris ilində keçirilən “Sabahın Alimləri” müsabiqəsinin hər üç mərhələsindən keçərək final mərhələsində Riyaziyyat sahəsində bürünc medala layiq görülmüşdür. 2024-cü ildə 11-ci siniflərin buraxılış imtahanından 291.7 bal toplamışdır. 2024-cü ildə istədiyi fakultəyə (Computer Engineering) Tüekiyənin KOÇ (25% burs), Sabancı (75% burs) və Bilkənt (20% burs) universitetlərinə qəbul olmuşdur, digər universitetlərdən də cavab gözlənilir.

Fəxrimiz olan Nazlıya təhsil həyatının növbəti pillələrində də uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi